Lənkəranda fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb
22 Aprel 2024 11:11
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran şəhəri, 18-ci məhəllə, dalan 2/1 ünvanında fəaliyyət göstərən “Refem” marketdə planlı yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə yararlılıq müddəti bitmiş, eyni zamanda etiket məlumatlarında uyğunsuzluqlar olan müxtəlif növ qida məhsullarının satışının həyata keçirildiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.
Oxşar xəbərlər
Nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən “Quzanlı” kafesində yoxlama keçirilib.
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Cari ilin 10-13 may tarixlərində 49 ticarət və 63 ictimai-iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 46 ticarət və 62 ictimai-iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
“Keşlə” bazarında nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsində fəaliyyət göstərən "Baku Food Center" MMC-yə məxsus Keşlə bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.