AQTA sədri Sumqayıtda vətəndaşları qəbul edib
7 Mart 2024 14:40
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli martın 7-si Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.
Oxşar xəbərlər
Binəqədi rayonunda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.
İstehlaka yararsız qida məhsulları məhv edilib
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində istehlaka yararsız qida məhsulları məhv edilib.