AQTA “Ana südü əvəzedilməzdir” adlı layihəyə start verir
19 Mart 2024 14:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yaxın zamanlarda “Ana südü əvəzedilməzdir” adlı layihəyə başlanılması nəzərdə tutulub.
Layihə körpələrin ana südü ilə qidalandırılmasının əhəmiyyətini təbliğ etmək, anaları övladlarını ana südü ilə qidalandırmağa həvəsləndirmək, həmçinin ana südünün keyfiyyətinin artırılmasına və uşaqların sağlam böyüməsinə nail olmaq məqsədilə həyata keçiriləcək.
Respublikanın bütün regionlarını əhatə edəcək layihə çərçivəsində hamilə qadınlar və süd verən analar körpələrin ana südü ilə qidalandırılmasının faydaları və ana südünün keyfiyyətinin artırılması üsulları barədə məlumatlandırılacaq, onlara müvafiq tövsiyələr veriləcək.
Qeyd edək ki, son zamanlar gənc analar kütləvi şəkildə süni uşaq qidalarına üstünlük verir ki, bu da narahatlıq doğurur. Araşdırmalara əsasən, süni uşaq qidaları heç bir halda ana südünü əvəz edə bilməz. Çünki ana südü körpənin normal inkşafı üçün lazım olan bütün maddələri ehtiva edir. Ana südü ilə qidalanan körpələrin immuniteti, həzm və sinir sistemi daha güclü, allergiya, astma və yoluxucu xəstəliklərə tutulma riski isə aşağı olur.
Mütəxəssislər bildirirlər ki, yalnız məcburi hallarda, məsələn, körpələri ana südü ilə qidalandırmaq mümkün olmadıqda və ya tibbi səbəblər yarandıqda, onlara süni qidalar verilə bilər.
“Ana südü əvəzedilməzdir” layihəsi ilə bağlı hazırlanan qısa video ilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər
Binəqədi rayonunda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ŞTQ, M.S.Ordubadi küçəsi 7A ünvanında fəaliyyət göstərən bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.
İstehlaka yararsız qida məhsulları məhv edilib
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində istehlaka yararsız qida məhsulları məhv edilib.