Belarusdan idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb
8 Aprel 2024 17:47
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində “Aznur” MMC-nin Belarus Respublikasından idxal etdiyi "Aqrokombinat Dzerjinskiy" MMC-nin istehsalı olan ümumi çəkisi 450 kq dondurulmuş bütöv toyuq məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Aparılan sınaq nəticəsinə əsasən nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan baytarlıq preparatları məhv edilib
"Met Farm Az" MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi Avstriya mənşəli ümumi çəkisi 960 kq olan 48 ədəd “Dermapre F” əmtəə nişanlı baytarlıq preparatlarından Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
İdxal olunan pendir məhsulunda uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.
Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən fiziki şəxs İsrafilov Asif Loğman oğlunun Suriyadan ölkəmizə idxal etdiyi "Alpharabi for Veterinary Medicine & Agricultural İndustries" firmasının istehsalı olan 8846 ədəd müxtəlif adda baytarlıq preparatlarından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.