Bruselyoz xəstəliyinə tutulmuş heyvanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək
24 Aprel 2024 17:27
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi zoonoz xəstəliklərin izlənilərək ölkədə bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi üçün məqsədyönlü mübarizə tədbirləri həyata keçirir.
Epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 19-29 fevral tarixlərində respublikanın 46 rayonunun (şəhərinin) 141 yaşayış məntəqəsində fəaliyyət göstərən 209 fərdi və fermer təsərrüfatında 1 yaşdan yuxarı ümumilikdə 2747 baş dişi heyvan arasında seroloji monitorinq aparılıb.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak ediblər.
Monitorinq çərçivəsində götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında edilmiş müayinələri nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkar edilib.
Bununla əlaqədar alaraq, bruselyoz xəstəliyi aşkar olunduğu təsərrüfatlarda qanunvericiliyə uyğun müvafiq tədbirlər həyata keçiriləcək.
Qeyd edək ki, digər zoonoz infeksiyalardan fərqli olaraq, insanların bruselyoza yoluxmasının mənbəyi xəstə heyvanlar və əksər hallarda baytarlıq nəzarətindən keçməyən süd və süd məhsulları vasitəsilə baş verir.
Oxşar xəbərlər
Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.
Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələri açıqlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirib.