AQTA fitosanitar monitorinqləri davam etdirir
26 Aprel 2024 17:36
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentlik əməkdaşları ixrac potensiallı məhsullar olan badam bağlarında və kartof sahələrində monitorinqlər aparıb.
Monitorinqlər zamanı Ağsu rayonunun Növcü kəndində 30 hektar, İsmayıllı rayonunun Xəlilli kəndində 38 hektar badam bağından, habelə Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşən kartof sahələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Bununla yanaşı, yaşıllıq və park sahələrində də monitorinqlər həyata keçirilib.
Monitorinqlər nəticəsində kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp.sepedonicus) və karantin tətbiq edilməyən Fuzarioz çürümə (Fusarium solani) aşkarlanıb.
Kartof yumrularında halqavari bakterial çürümə aşkar edilmiş kartofçuluq təsərrüfatlarında bitki mühafizəsi tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan bölmələrdə çalışan əməkdaşlar üçün təlimlər təşkil edilir.
Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb
“Atlas Kimya” MMC-nin Türkiyə Respublikasından ölkəmizə idxal etdiyi ümumi çəkisi 800 kq “Povidek Plus” əmtəə nişanlı baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
AQTA quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, cari ilin 13-17 may tarixlərində növbəti epizootoloji monitorinqlər keçirəcək.